UNEC-də “Soft skills” təlimlərinə start veriləcək
AzEdu.az xəbər verir ki, sentyabrın 5-dən UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən UNEC-in professor-müəllim
və inzibati heyəti üçün “Soft skills” (yumşaq bacarıqlar) təlimlərinə başlanılacaq.
500 nəfərin qatılacağı “Soft skills” təlimləri 4 müxtəlif modul - “Effektiv kommunikasiya”
(Effective communication), “Vaxtın idarə edilməsi” (Time management), “Uğurlu komanda
qurmaq” (Building a successful team) və “Problemlərin həlli metodları” (Problem solving
methods) üzrə aparılacaq.
Təlimləri UNEC Ömürboyu Təhsil mərkəzinin təşkilatçılığı ilə İsrail və Azərbaycanda xarici
ekspertlər tərəfindən təlim keçmiş, peşəkar UNEC müəllimlər keçəcəklər.