Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-25 14:41:00
Texasda məktəbdə baş verən atışmaya görə polis rəisi işdən çıxarıldı-Detallar

 

Texas ştatının Uvalde şəhərində 19 məktəbli və iki müəllimin güllələnməsilə nəticələnən hadisədə təqsirləndirilən polis rəisi işdən çıxarılıb.

 

Yerli məktəb şurası iyun ayından məzuniyyətdə olan Pete Arredondonun işdən çıxarılmasına yekdilliklə səs verib.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, o açıqlamasında bir neçə ay əvvəl məktəbdə baş verən atışma zamanı sinif otaqlarında şagirdlərin qalmasından xəbərsiz olduğunu bildirib.

 

Mayın 24-də Robb İbtidai məktəbinə edilən hücum ABŞ-da son on ildə ən ölümcül atışma hesab olunur. Hadisədən sonra bir çox valideynlər və şagirdlərin yaxınları polisin gec müdaxiləsi səbəbilə hüquq mühafizə orqanlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər. P.Arredondo polislərin hadisə yerinə 77 dəqiqə gecikməsinə görə günahı öz üzərinə götürüb və nəticədə işdən azad edilib.

 

Məktəb rəsmiləri şagirdlərin yeni tədris ilində Robb İbtidai Məktəbinə geri göndərilməyəcəyini, bunun əvəzinə Uvaldenin başqa bir yerində müvəqqəti sinif otaqları ilə təmin ediləcəkləri, yaxud virtual məktəb vasitəsilə dərslərin təşkil olunacağını bildirib.