Azərbaycan Texniki Universiteti (AzTU) bakalavriat səviyyəsinə I və II qruplar üzrə tələbə qəbulu elan edir .
AzTU-dan AzEdu.az-a bildirilib ki, qəbul Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, Xüsusi texnika və texnologiya, İqtisadiyyat və idarəetmə fakültələri üzrə aparılır.