Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) bir qrup əməkdaşı “Şuşa ili” ili çərçivəsində Şuşa şəhərində olub.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.
Universitet əməkdaşları milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və öz füsunkarlığı ilə insanı valeh edən Şuşa şəhərinin tarixi abidələrini ziyarət ediblər, şəhərdə aparılan bərpa və quruculuq tədbirləri ilə tanış olublar.