Azedu.az

Azərbaycan və Qazaxıstan universitetləri arasında birgə tədrisin təşkili nəzərdən keçiriləcək

Ali təhsil

4 Avqust 2022, 17:20
Azərbaycan və Qazaxıstan universitetləri arasında birgə tədrisin təşkili nəzərdən keçiriləcək

Azərbaycan Texniki və Qazaxıstanın Atırau Neft və Qaz universitetləri arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizika istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanlar nəzərdən keçiriləcək.

 

Bu barədə Qazaxıstan universitetinin rektoru Gülzadə Şakulikovanın AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşündə danışılıb.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, söhbət zamanı Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox