Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 16:00:00
Distant təhsil forması növbəti il üçün də əlçatan olmadı-Osman Gündüz

"Distant təhsil formasının tətbiqi ilə bağlı normativ sənədlər hələ də təsdiqlənməyib.10 ildən çoxdur ki qanunda bu məsələ öz əksini tapıb, üstəgəl ölkədə bir ildən çox da bütün tədris prosesi distant formada aparılıb.Amma hələ də bununla bağlı vahid bir normalar hazırlanmayıb".

 

AzEdu.az xəbər verir ki, bu sözləri  Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz facebook səhifəsində yazıb.


"Təsəvvür edin ki, hökumətimiz özü distant formanı tətbiq edib diplom verir və onu tanıyır, amma, tutaq ki, Harvard və ya MİT-ni distant bitirənin təhsil sənədini, məhz distant olduğuna görə tanımaqdan imtina edir.Absurd bir vəziyyətdir.Artıq qonşu ölkələr bu problemi həll ediblər. Ötən il Qazaxıstan da qanunvericiliklə distant təhsil formasını rəsmiləşdirdi.Hələ də mənim üçün qaranlıqdır ki nə üçün hökumət bu məsələyə bu dərəcədə laqeyddir.Bununla da biz çox şey itiririk. Rəqabətli mühitin formalaşması ləngiyir, təhsil xidmətlərinə əlçatanlığın qarşısı alınır, əlavə təhsil xidmətlərinin qarşısı alınır və s.Elə universitetlər var ki, bu sahəyə, distant mərkəzin yaranmasına, kontentin rəqəmsallaşmasına və müəllim hazırlığına xeyli investisiya yatırıblar.

Onlar bu investisiyanı necə doğruldacaqlar?


Distanta yol verməməklə biz imkanı olan universitetləri əlavə pullar qazanmaqdan, inkişafdan, beynəlxalq platformalara qoşulmaqdan məhrub edirik. Hökumətimiz sanki qəsdən inkişafa can atan universitetləri arxadan tutub saxlayır, sanki qəsdən rəqabətli mühitin formalaşmasının qarşısını alır.Düşünürəm ki, hökumət, Təhsil və nəhayət ki, bu problemin həllinə diqqət yetirməli, bu istiqamətdə səylərini gücləndirməlidir.Düşünürəm ki, Təhsil və elm nazirliyi tez bir zamanda xaricdə təhsil alanların sənədlərinin tanınması ilə bağlı tətbiq edilən "distant" məhdudiyyətini aradan qaldırmalıdır.Nəhayət ki, distantla bağlı normativ sənədlər qəbul edilməli, şəraiti olan universitetlərə distant təhsilin təşkili üçün lisenziya verilməlidir.Nəhayət ki , DİM əyani və qiyabi ilə yanaşı, universitetlərə distant formada qəbul planını da açıqlamalıdır"