Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-02 12:59:00
Abituriyentlərin diqqətinə - Keçid balları yalnız bu mənbələrdə-DİM sözçüsü

 

 

“Avqustun 16-na qədər Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr ediləcək. Həmin jurnalda 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrində ixtisaslar üzrə plan yerləri, ödəniş və kodlar qeyd ediləcək.

 

Abituriyentlər ixtisaslar üzrə minimal keçid balları ilə martın 9-da çap edilmiş “Abituriyent-2” jurnalından, eləcə də ötən ilin müvafiq nömrəli jurnalından tanış ola bilərlər”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin şöbə  müdiri Xanlar Xanlarzadə deyib:

 

"Buna baxmayaraq, abituriyentlərin rahat şəkildə seçim etməsi məqsədilə ixtisas seçimi başlamazdan əvvəl universitetlər üzrə müəyyən ixtisasların minimal keçid balları braşüra şəklində yenidən çap ediləcək. Abituriyentlər ixtisas seçimini doğru şəkildə etmək üçün həmçinin, Dövlət İmtahan Mərkəzinin rəsmi saytından (dim.gov.az) müvafiq olaraq “Fəaliyyət”, “Qəbul və imtahanlar” və “Faydalı” bölmələrini izləyərək elektron formada ixtisaslar üzrə minimal keçid balları ilə tanış ola bilərlər”, - deyə X.Xanlarzadə əlavə edib.

 

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək. “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.