Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 16:51:00
AMEA-da qalan 11 institut birləşəcək?

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda ciddi islahat aparılıb və qurumun 37 institut və müəssisəsi yeni yaradılan Elm və Təhsil Nazirliyinə, 3 müəssisəsi isə Mədəniyyət Nazirliyinə verilib.

 

AzEdu.az xəbər verir ki, fərmanla AMEA-nın tərkibində yalnız humanitar sahəni əhatə edən 11 institut və 3 qurum saxlanılıb:

 

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;

 

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;

 

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

 

Fəlsəfə və Sosiologiya İnstitutu;

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

 

Nəsimi adına Dilçilik İnstitutu;

 

Memarlıq və İncəsənət İnstitutu;

 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

 

Folklor İnstitutu;

 

Elm Tarixi İnstitutu;

 

Qafqazşünaslıq İnstitutu;

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

 

Mərkəzi Elmi Kitabxana;

 

“Elm” Nəşriyyatı.

 

Hazırda AMEA-da saxlanılan 11 institutun bəzilərinin də birləşməsi məsələsi yenidən gündəmə gəlib.

 

Belə ki, Dilçilik və Folklor institutları Ədəbiyyat İnstitutuna, Qafqazşünaslıq İnstitutu Şərqşünaslıq İnstitutuna, Elm Tarixi, Əlyazmalar, Fəlsəfə və Sosiologiya institutları

Tarix İnstitutuna birləşə, həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Memarlıq və İncəsənət İnstitutu birləşdirilə bilər və nəticə etibarilə 11 institut 4

daha böyük institutda cəmləşər.

 

Bu, həm həmin institutların yerləşdiyi inzibati binaların saxlanma xərclərini azalda, həm idarəetmədə çeviklik yarada, həm də daha movil sistemin formalaşmasına səbəb ola bilər.

 

Qeyd edək ki, AMEA-nın xüsusilə humanitar sahə üzrə bir-biri ilə sıx bağlı olan institutlarının birləşməsi dəfələrlə gündəmə çevrilsə də, həllini tapmayıb.