Azedu.az

AzTU-nun magistraturasına qəbul olan bakalavrların sayı açıqlanıb

Ali təhsil

30 İyul 2022, 14:34
AzTU-nun magistraturasına qəbul olan bakalavrların sayı açıqlanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsinə 2022/2023-cü tədris ili üzrə 1281 nəfər qəbul olunub.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, bunlardan 897 nəfəri kişi, 384-ü qadındır.

 

Magistraturaya 1139 nəfər Azərbaycan bölməsi, 77 nəfər ingilis, 65 nəfər isə rus bölməsi üzrə qəbul olunub. Onlardan ümumilikdə 568 nəfəri dövlət sifarişli, 713-ü isə ödənişli ixtisaslarda təhsil alacaq.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox