Azedu.az

“Proqram çərçivəsində müəllimlərin peşəkarlığı xüsusi əhəmiyyətlidir”-BMU TƏLƏBƏSİ  

Ali təhsil

19 İyul 2022, 10:21
“Proqram çərçivəsində müəllimlərin peşəkarlığı xüsusi əhəmiyyətlidir”-BMU TƏLƏBƏSİ  

BMU-İNHA İDP-də təhsil, tədris olun fənlər, tələbələrə verilən imkanlar və müəllimlərin peşəkar kadr olması mənim üçün xüsusi əhəmiyyətlidir”.

 

AzEdu.az xəbər verir ki, bu fikri BMU-İNHA ikili diplom proqramının (İDP) 2021/2022-ci tədris ili qəbulu üzrə İnformasiya Texnologiyaları ixtisasının I kurs tələbəsi Oruc Hümmətov bildirib.

 

İDP ilə bağlı təəssüratlarını bölüşən tələbə abituriyent olarkən, yalnız hədəflərinə uyğun təhsil müəssisəsi axtarışında olduğunu, məhz BMU-nun bu kriteriyalara cavab verdiyini qeyd edib. O. Hümmətov gələcək tələbələrə tövsiyələrini də verib: “Abituriyentlərə məsləhətim odur ki, keyfiyyətli təhsil, maddi-texniki bazası güclü və xaricdə təhsil imkanları yüksək olan təhsil müəssisəsi axtarırsınızsa, ikili diplom proqramına malik Bakı Mühəndislik Universiteti ən ideal universitetlərdən biridir”.

 

Proqramla bağlı daha geniş informasiyanı //beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ və ya //ddp.beu.edu.az/az linklərinə daxil olaraq əldə etmək mümkündür.

 

Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını //beu.edu.az/az/page/musahibeler-282/ linkindən izləmək olar.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox