UNEC-də “Gənc müəllimlər-4” layihəsi çərçivəsində müəllimlərin sənəd qəbulu yekunlaşıb.
AzEdu.az xəbər verir ki, rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə elan olunan müsabiqəyə 100-ə yaxın namizəd tərəfindən CV daxil olub. Müsabiqənin birinci mərhələsinin şərtlərini ödəyən namizədlər fərdi şəkildə müsahibəyə dəvət olunacaqlar.