Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 15:55:00
Xarici ölkələrdə təhsil haqqı nə qədərdir? -ARAŞDIRMA 

Bəzən təhsil haqlarının miqdarı narazılıqlara səbəb olur. Əksəriyyət, universitetlərdə tədrisin keyfiyyətinin aşağı olduğunu və məbləğin buna dəymədiyini qeyd edərək, öz etirazını bildirir. Bəs  xarici ölkələrdə təhsilhaqlarınə qədərdir 

 

AzEdu.az mövzu ilə bağlı araşdırmanı təqdim edir 

 

Meksika: Tələbələr üçün dünyanın ən yaxşı şəhərlər biri olan  Mexikoda xarici bakalavr tələbələri üçün təhsil haqları fərqlidir, özəl universitetlər daha çox ödəniş alır və orta hesabla ildə təxminən 6,300 ABŞ dolları təşkil edir

 

Almaniyada bakalavr təhsil haqqı 6500-26000 avro, magistr pilləsi üzrə 1000-40000 avrodur.

 

Fransada təhsil haqları yerli və xarici tələbələr üçün eynidir. Bakalavr (lisenziya) proqramları üçün illik 200 ABŞ dolları, əksər magistr proqramları üçün 285 ABŞ dollar və Doktorantura proqramları üçün 445 ABŞ dolları tələb olunur.

 

İtaliyada ali təhsil müəssisələrində təhsilhaqqı 3000 avrodan-20000 avroya qədər yüksəlir.

 

Niderlandda bakalavr pilləsi üzrə təhsil haqqı 7500-19000, magistr pilləsi üzrə 5000-30000 avrodur.

 

Böyük Britaniya: həm dövlət, həm də özəl universitetlərində bakalavr dərəcəsi üzrə təhsil haqqı 7000-40000 avro, milliyyətindən asılı olmayaraq bütün tələbələr üçün ümumi təhsil haqqı 8000-45000 avro arasında dəyişir.

 

Qeyd edək ki, xaricdəki özəl universitetlərdə tələbələr üçün təhsil haqları bakalavr pilləsi üzrə adətən 6000-15000 avro, magistr dərəcəsi üzrə 3000-23000 avro arasındadır.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları