Azedu.az

AzTU-da magistraturaya ixtisas seçimi başlayıb

Ali təhsil

29 İyun 2022, 17:16
AzTU-da magistraturaya ixtisas seçimi başlayıb

2022/2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil almaq istəyən bakalavrlar üçün ixtisas seçimi başlayıb.  


AzEdu.az xəbər verir ki, ixtisas seçimi magistratura səviyyəsi və "SABAH Magistratura" proqramına ümumilikdə 36 ixtisas üzrə keçirilir.

 

Həmçinin MBA proqramına da ixtisas seçimi elan olunub. MBA proqramına qəbul yalnız ödənişli əsaslarla aparılır.

 

AzTU-da magistratura üzrə tədris proqramları universitetin əməkdaşlıq etdiyi Türkiyə və Avropanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılıb.



AzTU-da magistratura səviyyəsində əsasən tədqiqatlara üstünlük verilir ki, bu da tələbələrin gələcək karyeralarına müsbət təsir göstərir.

 

Qeyd edək ki, magistratura səviyyəsində dərslər saat 18:30-da başlayır.

 

 İxtisas seçimi iyulun 5-dək aparılacaq. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox