http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-24 16:13:00
BMU-da 2022-nin universitet birincisi-Təhsil göstəriciləri, sosial aktivliklər...  

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının (ingilis bölməsi) sonuncu kurs tələbəsi Şahnaz Hüseynova 2022-ci ilin universitet birincisi olub.

 

AzEdu.az xəbər verir ki, 2018-ci ildə orta məktəbi fərqlənmə ilə bitirərək, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 675 bal toplayan Ş.Hüseynova ixtisas seçimində BMU-ya üstünlük verib. Ş.Hüseynova təhsil aldığı müddətdə hər zaman öz aktiv fəaliyyəti ilə fərqlənib. Universitetdə oxuduğu müddətdə beynəlxalq gənclər təşkilatı – AIESEC-ə üzv olaraq, bir çox tədbirlərdə fəal iştirak edib.

 

Bundan əlavə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçən Ş.Hüseynova “Easy-Peasy Economics” platforması tərəfindən həyata keçirilən Gənc İqtisadçılar Proqramına da seçilib.

 

Uğur, inkişaf və nailiyyətə gedən yolda əldə etdiyi bilik və bacarıqlarla kifayətlənməyərək, daim öz üzərində çalışan və fərdi inkişafını davam etdirən BMU tələbəsi özünü həm elmi, həm praktiki cəhətdən də təkmilləşdirir. Bu səylərin və qarşıya qoyduğu hədəflərin nəticəsində Ş.Hüseynova beynəlxalq GRE (Graduate Record Examinations) imtahanında da yüksək nəticə göstərərək 317 bal toplayıb.

 

Universitet birincisi olan tələbəmiz qazandığı uğurlara görə, hər zaman ona dəstək olan ailəsinə və müəllimlərinə sonsuz təşəkkürlərini bildirib.