Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-12 15:51:00
Türkiyədə Azərbaycan universitetləri sərgisinin əhəmiyyəti- Deputatlardan TƏHLİL

 

11-12 İyun tarixlərində Azərbaycan universitetlərinin Türkiyədə sərgisi keçirilir.

 

Bir neçə nüfuzlu ali təhsil müəssisəsinin iştirak etdiyi sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da güclədirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

 

Sərginin təşkil edilməsində məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında sərginin ali təhsil sistemimiz üçün vacibliyini vurğulayıb:

 

Ceyhun Məmmədov - YouTube

 

“Belə layihələrin həyata keçirilməsi çox vacibdir. Bu gün Türkiyə ali təhsil sistemi kifayət qədər inkişaf edib. Bu istiqamətdə qardaş ölkənin təcrübəsinin öyrənilməsi, Azərbaycan və Türkiyə təhsili arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından bu sərginin rolu çox əhəmiyyətlidir. Bu gün bizim qarşımızda duran əsas hədəf və məqsədlərdən biri də əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsilə cəlb edilməsidir. Hesab edirəm ki, bu çox vacib məsələdir. Hazırda qardaş Türkiyədən ölkəmizdə təhsil alan tələbələr az deyil. Amma bunun daha da genişləndirilməsi üçün bu kimi sərgilərin təşkili vacibdir. Biz xarici ölkələrdən Azərbaycana tələbə axınının artırılmasına xüsusi önəm verməliyik. Nəticədə bunun ölkəmizə həm maliyyə, həm də təhsilinin keyfiyyəti baxımından müsbət qatqısı olacaq”.

 

Deputat Anar İsgəndərov AzEdu.az-a açıqlamasında sərginin təşkilini dəyərləndirərək, böyük uğur olduğunu qeyd edib:

 

“Ölkəmizdə kifayət qədər ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda bizim də əsas problemimiz və diqqət etməli olduğumuz məqam bu müəssisələrin sadəcə məhəlli, region xarakter daşımaması, dünyaya inteqrasiya olunmasıdır. Türkiyədə təşkil edilən sərgidə nüfuzlu ali təhsil müəssisələrimizin iştirakı böyük uğur və təbliğatdır. Əminəm ki, bu istiqamətdə işlərimizin davam etməlidir”.

 

Azərbaycan tolerant körpü rolunu oynayır - Deputat - Publika.az

 

O, gələcəkdə dünyanın nüfuzlu universitetlərinin ölkəmizdə belə sərgilər keçirməsinin əhəmiyyətindən danışıb:

 

“Təbii olaraq sərginin təşkil olunmasına ilk qardaş Türkiyədə başlanıldı. Arzu edərdim ki, yerli ali təhsil müəssisələrimizin adı dünyanın ən nüfuzlu universitetləri arasında çəkilsin,həmçinin onlar da ölkəmizə gəlsinlər. Beləliklə, həm Azərbaycan həqiqətləri ilə tanış olsunlar, həm də yerli ali təhsil müəssisələrimizlə inteqrasiya olunsunlar. Əlbəttə bu həm bizim, həm də qonşu ölkələrin ali təhsil müəssisələri üçün təcrübədir”.

 

Qeyd edək ki, İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.