Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-12 12:00:00
AzTU əməkdaşları Türkiyədə keçirilən təhsil sərgisində iştirak edir-FOTO

İstanbul Kent Universitetində təhsil sərgisi açılıb. “Azedu Academy” təhsil mərkəzinin təşkil etdiyi sərginin keçirilməsində məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.

Ölkəmizin bir sıra nüfuzlu universitetlərinin təmsil olunduğu sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov, Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli də iştirak edir.

Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da gücləndirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda, təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Təhsil proqramına uyğun şəkildə təşkil olunan sərgi bu gün və sabah davam edəcək.