Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 12:13:00
"İlin gənc müəllimi-2022" müsabiqəsinə qeydiyyat davam edir  

"İlin gənc müəllimi-2022" müsabiqəsinə qeydiyyat davam edir.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 1 İyul tarixinə kimi qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunur.

 

"İlin gənc müəllimi-2022" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməli, formda tələb olunan bütün bəndləri cavablamalıdırlar.

 

İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilən  ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.

 

Hər il müxtəlif  istiqamətdə ilklərə imza atan layihə, bu il də özünəməxsus  yeniliklərlə start götürəcək.  

 

Yeniliklərdən biri də, “TOP-10”-a vəsiqə qazanan müəllimlərin təkcə onlayn səsvermə ilə deyil, həm də yüksək nüfuza malik  elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən dəyərləndirilməsidir. Həmçinin, qalib adı uğrunda mübarizədə onlayn səsvermə qaydalarında da müəyyən dəyişiklər ediləcək. Belə ki, ilk onluğa vəsiqə qazanan müəllimlərin hər biri qısa video materiallar hazırlayacaq və onlayn səsverməyə həmin videolar çıxarılacaq. Video-bloq materiallarında  tədrisin səmərəli təşkili, təhsilə orijinal yanaşma, kreativ metodlar öz əksini tapmalıdır. TOP-10-dakı səsvermədə 20 bal onlayn səsvermənin nəticələrinə görə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə görə veriləcəkdir.

 

Münsif və ekspertlərin adları hər il olduğu kimi bu il də gizli saxlanılacaqdır.

 

Qeydiyyat formuna buradan daxil olmaqla, müsabiqəmizdə iştirak edə bilərsiniz!

 

Müsabiqədə 40 yaşadək olan müəllimlər iştirak edə bilər. 

 

QEYD: Formu doldurandan sonra bu elektron ünvana göndərə bilərsiniz:

 

elmin.nurizade@gmail.com

 

Müsabiqə şərtləri və qeydiyyatla bağlı aşağıdakı əlaqə nömrələrinə zəng edə bilərsiniz:

 

055-329-48-78

051-329-72-72