Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 12:19:00
Bu ölkədə tələbələrin 58%-i maddi sıxıntı yaşayır

Avstraliyada ali təhsilin inkişaf etdirilməsi üçün işlər aparan Avstraliya Universitetinin 18 min 500 şagird arasında apardığı tədqiqat, universitet tələbələrinin əhəmiyyətli maliyyə problemləri ilə qarşı-qarşıya olduğunu ortaya çıxıb. 

AzEdu.az  xəbər verir ki, hər üç tələbədən birinin gəliri yaşayış xərclərindən azdır. 15% tələbə günlük ərzaq ehtiyaclarının qarşılanmasında problem yaşayırsa, 58 faiz isə maliyyə azlığı ilə təhsilini davam etdirir.

Avstraliyanın aparıcı 38 universitetini əhatə edən araşdırma ölkədə ötən beş ildə tələbələrin maddi vəziyyətinin pisləşdiyini göstərib. Universitetlər yaşayış, səhiyyə və qida kimi bir çox tələbat məsələsində tələbələrə kifayət qədər dəstək vermir. Gənclər ehtiyaclarını ödəmək üçün dərs saatlarında da işdə olmaq məcburiyyətində qalırlar. Ölkədəki əcnəbi tələbələrin təxminən yarısı maddi sıxıntı yaşayırlar.

Mərkəzi Nyu York olan "Beynəlxalq Maarifçilər İttifaqı (NAFSA) ABŞ-da 2016-2017 tədris ili üzrə ali təhsil göstəricilərini dərc edib. Nəticələrə əsasən, ölkəyə 1 milyon 78 min 822 xarici tələbə gəlib. Bu, ABŞ  iqtisadiyyatına  hər il milyard dollarlarla gəlir gətirir. NAFSA-nın 2016-2017-ci il göstəricilərinə görə, 1 milyon 78 min 822 əcnəbi tələbənin ölkə iqtisadiyyatına ümumi xeyiri 36.9 milyard dollardır. Bu vəsait ölkədə 450 min 331 yeni iş sahəsi yaradılmasını təmin edir.

OECD-in məlumatlarına görə, ABŞ  təxminən 5 milyona çatan beynəlxalq tələbə bazarının 21 faizini əlində saxlayır.