Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 12:45:00
Estoniya təhsil müəssisələrinə 4 mindən çox ukraynalı qeydiyyatdan keçib  

Estoniyada 4 min 538-dən çox ukraynalı uşaq və yeniyetmə qeydiyyatdan keçib.

 

Bu barədə Estoniya Təhsil İnformasiya Sistemi (EHIS) məlumat yayıb.

 

Bildirilib ki, hazırda qeydiyyatdan keçən 1168 uşaq məktəbəqədər təhsil səviyyəsində, 3010 uşaq əsas məktəbdə, 183 nəfər gimnaziyada, 177 nəfər isə peşə məktəblərində təhsil alır.

 

EHIS-in məlumatına görə, Ukraynadan ən çox şagird Haryumaa (2145), Tartumaa (496), Pyarnumaa (317), İda-Virumaa (303), Lyaene-Virumaa (283) və Saaremaa (170) bölgələrində qeydə alınıb.

 

Qeyd edilib ki, uşaqlarla yanaşı, bir çox təhsil müəssisələrində Ukraynadan olan personal da çalışır. 135 ukraynalı qaçqın 91 təhsil müəssisəsində işə qəbul olunub (2 texniki peşə məktəbi və 89 orta məktəb). Onların əksəriyyəti müəllim (43) və ya müəllim köməkçisi (47) kimi çalışır, həmçinin onların arasında psixoloqlar, loqopedlər, yardımçı işçilər, tədbir menecerləri, təlim koordinatorları, həmçinin yeməkxanada işləyən və ya məktəb binalarında asayişin qorunmasına yardım edən ukraynalılar da var.

 

Azərtac