Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 10:42:00
161 təhsil müəssisəsi tamamilə dağıdılıb,fosforlu silahlarla hücum edilir

 

Müharibənin ilk günündən bu vaxta kimi 161 təhsil müəssisəsi tamamilə dağıdılıb, 1611-nə isə xeyli ziyan dəyib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat yayıb.

 

Nazir Donetsk vilayətindəki bir məktəbin qadağan olunmuş fosfatlı silahlarla, Oxtırkadakı bir uşaq bağçasının isə raket atəşinə tutulduğunu bildirib.

 

O, həmçinin, ardıcıl onuncu həftədir ki, müharibə şəraitində tədris prosesinin davam etdirildiyini, hətta, müəllimlərin zirzəmilərdən də dərs keçdiklərini qeyd edərək, onlara öz təşəkkürünü bildirib.