Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 15:02:00
Yeni məktəbli formaları ilə bağlı son durum– Heç bir addım atılmayıb

 

Yeni məktəbli formalarının nümunələri Nazirlər Kabineti tərəfindən mart ayında təsdiq olunub və bu formaların 2022/2023-cü tədris ilindən tətbiq ediləcəyi bildirilib.  

 

Təqdim olunan yeni məktəbli formalarının qış və yay modelləri nəzərə alınmaqla 4 rəngdə nümunəsi təklif edilib.

 

Məktəbli formalarının yeni tədris ilinə hazırlığı nə yerdədir? İstehsalına başlanılıb və qiymətlər müəyyən edilibmi?

 

Mövzu ilə bağlı “Bakı Tikiş Evi” ASC-nin  satış üzrə müdiri Etibar Əzimov AzEdu.az-a açıqlamasında bildirib ki, hələlik heç nə məlum deyil:

 

“Bu məsələ ilə bağlı hələ ki, hər hansı bir yenilik yoxdur. Yeni formaların hazırlanmasına başlanılması ilə əlaqədar heç bir sifariş verilməyib, qiymətlər də müəyyənləşdirilməyib. Məktəbli formalarının hazırlanması üçün təqdim olunan rənglərdən biri seçilməli və məktəblər üzrə sifarişlər müəyyənləşdirilməlidir. Hələlik bu məsələ ilə məşğul olan yoxdur, işlərə nə zaman başlanacağı da məlum deyil. Müəyyən müddətdə əvvəlki formalar qüvvədə olacaq və biz də onların istehsalına davam edəcəyik. Yeni formalarla bağlı isə nə zaman bizə sifariş verilsə, o vaxtda da hazırlıqlara başlayacağıq”.

 

Qeyd edək ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.