Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 12:25:00
“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”- Təhsil Fondunun SƏDRİ

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

 

AzEdu.az xəbər verir ki, sədr yeni vəzifəyə təyinatı ilə bağlı feysbuk hesabında paylaşım edərək minnətdarlığını bildirib:

 

“Hörmətli həmkarlar, dəyərli dostlar! Təbriklərə və xoş sözlərə görə hər birinizə təşəkkür edirəm! İlk öncə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmağıma görə hörmətli nazirimiz Emin Əmrullayevə öz dərin minnətdarlığımı bildirirəm! Gələcək fəaliyyətimdə rəhbərlik və ictimaiyyət qarşısında bu məsuliyyətli vəzifədə mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.

 

  1. Nəsibov Fondun fəaliyyətilə bağlı məlumatları bölüşüb:

 

“Fürsətdən istifadə edərək Təhsilin İnkişafı Fonduna (TİF) fonduna dair qısa məlumat verməyi özümə borc bildim. TİF "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 mart tarixli 68 nömrəli Qərarına əsasən yaradılmışdır. Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir”.

 

Sədr fondun əsas fəaliyyət istiqamətlərini nəzərə çatdırıb:

 

  • Təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək;
  • Təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək;
  • Təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək;
  • Təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etməkdən ibarətdir.

 

Bundan əlavə, TİF təhsil sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və icrasında iştirak etmək, innovativ təlim metodları və texnologiyalar vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsi və yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasına töhfə vermək və təhsil müəssisələrində təlim mühitinin, tədris və təlim materialları üzrə resursların yaradılması və təkmilləşdirilməsində iştirak etmək hüququna malikdir”.

 

Son olaraq o, -“Bir daha hər birinizə təşəkkür edirəm və uğurlar arzulayıram! Təhsilimizin davamlı və dayanıqlı inkişafına birgə nail olaq!”-deyə qeyd edib.