Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 12:41:00
Buraxılış imtahanalarının Respublika birincisi: “Nəticəmlə bütün ölkədə fərqlənmək istəyirdim”-FOTOLAR

 

“Sadəcə, imtahanı keçmək yox, həmçinin Respublika üzrə yaşıdlarım arasında nəticəmlə fərqlənmək istəyirdim və buna da nail oldum”

 

16-17 Aprel tarixlərində IX siniflər üzrə keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə 298 bal olub.

 

Bu nəticəni Zaqatala şəhər Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyində təhsil alan Əziz Rəşidov göstərib.

 

İstedadlı şagirdimiz AzEdu.az-a açıqlamasında imtahana ciddi şəkildə hazırlaşdığını bildirib:

 

“İmtahanlara hazırlaşdığım müddətdə müəllimlər mənimlə çox ciddi məşğul olurdular. Çox sayda xüsusi test tapşırıqları işləyirdik, özüm də çox çalışırdım. Çünki sadəcə imtahanı keçmək yox, həmçinin Respublika üzrə yaşıdlarım arasında nəticəmlə fərqlənmək istəyirdim və buna da nail oldum. Müəllimlərim də nəticəmin yüksək olacağına çox inanırdılar. Onların da dəstəyi ilə çox çalışdım və bacardım”.

 

No description available.

 

-Bu müddətdə sevərək hazırlaşdığınız və sizə çətin gələn fənlər hansılar oldu?

 

-Ən çox Riyaziyyat fənninə sevərək hazırlaşırdım. Çünki riyaziyyatda düsturlarla işləməyi çox sevirəm. Düsturlardan fərqli şəkildə istifadə edərək hesablama aparmağı xoşlayıram.

 

Əslində, belə çətinlik çəkdiyim bir fənn olmadı. Sadəcə, bəzən Azərbaycan dili fənni ilə bağlı qaydalarda çaşdırıcı suallar olur, onlarda müəyyən dərəcədə çətinlik çəkdiyim olurdu. Amma ümumilikdə fənlərə rahat və sevərək hazırlaşırdım.

 

No description available.

 

-Məktəbi bitirdikdən sonra ali təhsilinizi harada davam etdirməyi düşünürsüz?

 

-Bakalavriat səviyyəsi üzrə təhsilimi ölkəmizdə davam etdirməyi düşünürəm. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də. red.) İqtisadiyyat üzrə təhsil almaq, bakalavriatura təhsilimi başa vurduqdan sonra magistratura səviyyəsi üzrə  xaricdə oxumaq istəyirəm.

 

No description available.

 

-Maraqlıdır, ümumilikdə gələcək üçün nə kimi planlarınız var?

 

-Ölkəmizdə iqtisadiyyatın inkişafı üçün çalışmaq və Azərbaycanı iqtisadi sahədə dünyaya daha da yaxşı tanıtmağı arzulayıram. Gələcəkdə öz işimi də elə Azərbaycanda qurmaq istəyərəm. Çünki istəyərəm ki, öz vətənimin xeyrinə çalışım. Həmçinin, işimi genişləndirməyi, xarici ölkələrə də yaymağı düşünürəm. Yəni, hədəflərim  bir az böyükdür”.