https://www.zirve.edu.az/
11.03.2018 11:10
Məleykə Abbaszadə qəzaya düşən şagirdlərə baş çəkdi

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası ilə yenə əlaqə saxladım. Yexlaxda bugün səhər avtobus qəzasına düşən və Mingəçevirdə müalicə alan şagirdlərlə maraqlandım. Mən zəng edəndə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə də orada idi”.

AzEDU.az xəbər verir ki, bunu millər vəkili Aydın Mirzəzadə feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti nisbətən ağırdır:

Aydın_Mirzəzadə_2014.jpg

“Onlardan biri əməliyyat olunub və vəziyyəti stabilləşib. İkincinin vəziyyətinə Bakıdan gələn neyrocərrah qərar verəcək. Yaralıların valideynlərinə ciddi diqqət edilir və onlara görülən işlər barədə tam məlumat verilir”.

Qeyd edək ki, Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagird, 1 müəllimə, 1 katibə və sürücü müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

Nəzrin Cavid