Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 09:14:00
Bağçalara qəbulda ixtisas sualları nələri əhatə edəcək? – Şöbə  müdiri açıqladı

 

 

“Bağçalarda yalnız pedaqoji təhsili olan şəxslər çalışacaq”.

 

Bunu AzEdu.az-a açıqlamasında  Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova deyib.

 

Belə ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra buraya qəbul olunacaq tərbiyəçilər üçün imtahanların keçirilməsi nəzərdə tutulur.

 

Laləzar Cəfərova bu imtahanlarda hansı şəxslərin iştirak edə biləcəyi məsələsinə ayadınlıq gətirib:

 

“Azərbaycan Respublikasının Məktəbəqədər Təhsil taqqında” qanununa əsasən, bağçada tərbiyəçi kimi çalışan şəxslər yalnız həmin ixtisasa yiyələnməlidir. Yəni müvafiq fakültəni bitirən tələbələr bu sektor üzrə çalışa bilər. Lakin ibtidai sinif kimi qeyri-sahələr ixtisas dəyişmə əsasənda fəaliyyət göstərmək imkanına malikdir. Bunun üçün ixtisas dəyişmə fakültələri var. İxtisasını dəyişən şəxslər imtahana qatılmaq şansı əldə edə biləcəklər”.

 

Şöbə müdiri hansı fənlərin imtahanda salınmasına aydınlıq gətirib:

 

“Test imtahanı zamanı ixtisas üzrə məktəbəqədər təhsilin metodika, pedaqogika kimi sahələri  və psixoloji tərəfləri yoxlanılacaq. Çünki psixoloji mövzu olduqca həssas və kiçik yaş qruplarını əhatə edən məsələdir. Tərbiyəçinin bu kimi biliklərə yiyələnməsi olduqca vacibdir.

 

İxtisas yalnız məktəbəqədər təhsilin  pedaqogika və metodikası üzrə salınacaq. Bu, da Pedaqoji Universitetin müvafiq fakültələri üzrə  oxuyan şəxslərin keçdiyi fənləri əhatə edir. Həmçinin, bu kimi fənlər digər kollec və universitetlərdə də tədris edilir. Məktəbəqədər təhsil üzrə 4 inkişaf sahəsinə uyğun tədris olunan məşğələ növləri də imtahana salınacaq. Bu uşaqların yetişməsində tam əhatəli olan əsas inkişaf sahələridir.

 

Fikrimcə imtahandan əlavə  işləyəcək şəxslərin psixoloji durumlarının yoxlanılması olduqca vacibdir, çünki  onlar kiçik və azyaşlı uşaqlarla çalışacaq kadrlar olacaqlar.

 

Müsahibə və digər mərhələlərin keçirilməsi isə hələ məlum deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları