Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-12 11:50:00
Bıçaqlanan şagirdin durumu normaldı, evə buraxılacaq – RTŞ-dən açıqlama

 

 

 

Siyəzəndə iki şagird arasında baş verən dava nəticəsində bir nəfər bıçaqlanıb.  

 

Hadisə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin ərazisində qeydə alınıb.

 

Hadisəni törədən şəxs saxlanılıb. 

 

Siyəzən Rayon Təhsil Şöbəsindən AzEdu.az-a hadisənin təfərrüatları ilə bağlı məlumat verilib:

 

“Hadisə Siyəzən rayon 1 saylı orta məktəbdə qeydə alınıb. Tənəffüs zamanı 10 və 11-ci sinif şagirdləri arasında mübahisə yaranıb. Onlardan biri digərinə kəsici alət vasitəsi ilə xəsarət yetirib. Hazırda yaralanan uşağın vəziyyəti normaldı və xəstəxanadan çıxmaq ərəfəsindədir.

 

Bıçaqlayan uşağın evi məktəbə yaxın olub, oraya gedərək bıçağı götürüb və digər şagirdə xəsarət yetirib. Mübahisənin nə ilə bağlı olması haqqında  təfərrüat hələ ki, məlum deyil”.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunu faktı təsdiqləyib. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları