Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 11:05:00
Dövlət qulluğu imtahanında kimlərin iştirak edəcəyi məsələsinə aydınlıq gətirildi

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi mövzusunda keçirilən canlı yayımda söyləyib.
Şöbə müdiri bildirib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında bu kateqoriyadan olan şəxslər iştirak edə bilər:
- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (2016-cı il avqustun 10-dək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.