Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 16:37:00
“Müəllimlər üçün də vahid məktəb forması olmalıdır, çünki...”-ETİRAZ

 

 

“İndiki  vaxtda bizim təhsil sisteminin  ən ağrılı, ən vacib məsələlərdən biri də,  məktəblərimizdə təhsil mühitinin lazimi şəkildə olmamasıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasındə  sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.

 

“Məktəbdaxili  mühit oradakı şagird-müəllim heyətinin  uğurlarına da təsir edir.  Buna görə də, biz  öncə məktəbdəki  təhsil mühitini nəcə yaratmaq barədə düşünməliyik.  Müasir dövrümüzdə İngiltərə Avropa və ya digər inkişaf etmiş ölkələrdə yerləşən yüksək ödənişli təhsil müəssisələrində əsas diqqət təhsil mühitinə ayrılır.

 

Təhsil mühitində mühüm məsələlərdən biri müəllim və təhsilalanların geyimi, vahid formasıdır.  Əlbəttə, digər  məsələləri arxa planda saxlayıb,  yalnız vahid məktəbli formasını dəyişməklə arzu etdiyimiz nəticəyə gəlməyəcəyik, amma, bu, təhsilə müsbət mənada təsir edəcəkdir”.

 

Sosioloq bildirib ki, müəllim və şagird geyiminin məktəb mühitinə nə dərəcədə uyğunluğu  insanların  da ovqatına təsir edə bilər:   

 

“Qız şagirdlər açıq şəkildə məktəbə gəlirlər. Bəzən, müəllimlər məktəbdə aşkar şəkildə özlərini nümayiş etdirilər. Bu isə dərsin gedişinə mənfi təsir göstərir.  Mən məhz bu səbəbdən  müəllimlərin məktəb formasının olmasının  tərafdarıyam. Bu forma estetik cəhətdən yüksək və təhsilin fəlsəfəsinə uyğun  olmalıdır”

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları