Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-08 16:21:00
Şagirdin “Riyazi beyin xəritəsi” – Müəllimdən maraqlı layihə

 

 

 

Təhsildə İnkişaf və İnnovasiyaar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Riyazi Beyin Xəritəsi” layihəsi icra planına uyğun olaraq öz işini davam etdirməkdədir. Layihə boyunca mütəmadi olaraq dəyirmi masa təşkil edilir, görülən işlər müzakirə olunur. Layihənin məqsədi gələcəyin qurucusu olan şagirdlərimizin riyaziyyat, elm və texnologiyaları  mənimsəməyə xidmət edən və riyaziyyat  fənn müəllimlərinə tədris prosesində dəstəkləyici, öyrədici mühitin formalaşdırılması üçün, “riyazi beyin xəritəsi”  tətbiqinin hazırlanmasıdır.

 

Layihə çərçivəsində hazırlanan https://riyazi.az saytının konstruksiya işləri tamamlanmışdır. Saytın “kateqoriyalar” hissəsinə V-XI sinif üçün yerləşdirilməsi nəzərdə tutulan resurslar mütəxəssis Bəhman Məmmədov və Şəmistan Əlizadə tərəfindən hazırlanmaqdadır. Resurlar hazır olduqdan və sınaqdan keçirildikdən sonra saytın müvafiq bölmələrinə yerləşdiriləcəkdir.

 

Layihə rəhbəri, Bakı şəhəri 62 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Cəmilə Əsgərovanın bildirdiyinə görə 12 mart tarixində ümumtəhsil məktəblərinin şagirdləri üçün vebinarın təşkili üzərində iş gedir. Vebinarın spikeri hazırda Rumıniyada fəaliyyət göstərən azərbaycanlı proqramist Şəmistan Əlizadə olacaq. Vebinarda məqsəd şagirdlərin riyaziyyatı müxtəlif öyrənmə üsullarını ölçmə-qiymətləndirməsinə nail olmaqdır.

 

 

Qeyd edək ki, "Riyazi beyin xəritəsi” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib və 01.11.2021-01.05.2022  müddətində həyata keçirilir.