Azedu.az

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 16 namizəd qeydiyyatdan keçib

1 Mart 2022, 09:24
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 16 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə martın 13-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.


DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 11-i saat 11:00-dək aparılacaq. Bu gün saat 19:00-dək olan məlumata görə, 16 (AB - 5, AC – 11) namizəd qeydiyyatdan keçib.


Xatırladaq ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox