zərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri mükafatlandırılıb.
Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib. Tədbirdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.
Sonra qaliblərə - Bakı Mühəndislik Universitetinin (I yer), Azərbaycan Dövlət İqtisad Universitetinin (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.