https://modern.az/
2022-02-17 16:21:00
MİQ-lə bağlı yeniliklərə ehtiyac var idi-Niyazi Şərifsoy

“Müəllimlərin etirazları ilə razı deyiləm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy deyib.

 

Belə ki, bu ildən müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində bir sıra dəyişiklər edilib. İmtahan vaxtı 90 dəqiqədən 120-yə çıxarılıb və sualların cavablandırılması 100 ballıq şkala üzərindən qiymətləndiriləcək.

 

Niyazi Şərifsoy bu yeniliklərlə bağlı öz fikirlərini ifadə edib:

 

“Ötən il keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi zamanı müədavimlər vaxt baxımından suallları cavablandırmaqda çətinlik yaşayıblar. Ona görə də bu il islahatların olması labüd idi. Ümumiyyətlə, MİQ-lə bağlı dəyişiklərin aparılması və prosesin təkmilləşdirilməsinə ehtiyac var idi. Çox yaxşı oldu ki, nazirlik bu məsələyə köklü şəkildə yanaşdı. Müəyyən problemlərin aradan qaldırılması istiqamətində addımlar atıldı.

60 sual olması və bunun 100 ballıq şkala ilə qiymətləndirilməsi konkurs zamanı çətinliklər yaranmayacaq.

 

Əvvəlki 57 bal toplayan 5-10 nəfər olurdusa, 100 ballıq sistem ilə bu nəticə də aradan qalxacaq. Çünki orada səhv sualların bir düzgün cavabı aparması prosesi var. Bu, da müsbət qarşılanır.

 

Burada ən diqqət çəkən məqamlardan biri də şəhid ailələrindən olan müəllimlərə seçim zamanı daha çox imkanın yaradılmasıdır. Abşeron, Bakı və Sumqayıt ərazisində olan müddətsiz əmək müqaviləsi çalışanlara güzəşt edilməsi olduqca müsbət haldır.

 

Düşünürəm ki, ixtisasla bağlı sualların sayının çox olması onun məzmununu dəyişmir. Çünki müəllimlərin öz ixtisaslarıdır. Bəzi müəllimlərin ixtisas suallarının 2 balla qiymətləndirilməsinə etiraz etməsi ilə razı deyiləm. Onlar öz ixtisaslarını bilirlərsə, istənilən sayda suala cavab vermək iqtidarına sahib olacaqlar. Lakin burada əsas məqam ondan ibarətdir ki, konkursa düşən müəllimlərin sayı azalacaq. Bal şkalasının yaradılması nazirliyin müəllim seçimi etməsini daha da rahatlaşdıracaq. Hər zaman bal şkalasının yüksəyə qaldırılmasının tərəfdarı olmuşam. Müəllimlərin bu məsələ ilə bağlı olan etirazları ilə razı deyiləm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları