Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 15:40:00
 “Dövlət pul ayırır, AMEA isə özünü doğrultmur, ləğv edilməlidir” - SƏRT TƏNQİD

 

“Ümumiyyətlə Azərbaycan Milli Elmlər Akademiyası lazımsız  bir qurumdur, özünü doğrultmur”

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında siyasətçi, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.

 

Sədr AMEA -rəhbərliyinin dəyişməsinin zəruriliyini vurğulayıb:

 

"Rəhbərliyin yenilənməməsi ziyalı təbəqənin ölkədə nüfuzuna xələl gətirir. Bir addım atılmasa akademiyanın gələcək fəaliyyəti ürəkaçan görünmür”.

 

O ümumilikdə Akademiyanın fəaliyyətini sərt tənqid edərək, bu qurumun özünü doğrultmadığını bildirib:

 

“Ümumiyyətlə,  Azərbaycan Milli Elmlər Akademiyası lazımsız  bir qurumdur, özünü doğrultmur. Onun əvəzində müəyyən qurumlar, fərdi institutlar fəaliyyət göstərməlidir və bununla da biz kifayətlənməliyik. Dövlət büdcəsindən AMEA-ya kifayət qədər pul ayrılır, ancaq bu qurum özünü doğrultmur. Eyni zamanda yaşı yüksək olan işçiləri burada birləşdirməklə də nəyəsə nail olmaq mümkün deyil”.