Azedu.az

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

25 Yanvar 2022, 13:12
Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

Bakıda məktəbdə müəllimi döyən şəxs tutulub.

 

AzEdu.az xəbər verri ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib: "Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalar nəticəsində bu əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

 

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq hərəkətləri davam etdirilir".

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox