Azedu.az

“Abituriyent” jurnalının xüsusi buraxılışları BU TARİXDƏ nəşr olunacaq

Dövlət İmtahan Mərkəzi

14 Yanvar 2022, 12:24
“Abituriyent” jurnalının xüsusi buraxılışları BU TARİXDƏ nəşr olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları növbəti həftə ərzində nəşr olunacaq.

DİM-dən AzEdu.az-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışlarında 9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri materiallar dərc ediləcək.

Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında müraciəti yer alıb.

 

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox