Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 17:28:00
“Buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”-DİM sədri

 

“Bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır”

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının xüsusi buraxılışında qeyd edib.

 

DİM sədri bildirib ki,buraxılış imtahanlarının tədris ili başa çatmadan keçirilməsinə aydınlıq gətirib:

 

“1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir.Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.