Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 15:39:00
Universitetlərdə hələ də bir sıra sovet mirası ciddi problemlərdən biridir-Ədalət Muradov

 

“Ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyev strategiyasının ən vacib tərkib hissəsidir”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor son illər təhsil sahəsində görüləş işlərə diqqət çəkib:

 

“Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", həmin Strategiyanın həyata keçitilməsilə bağlı "Fəaliyyət Planı", "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin ali təhsil sistemi təkmilləşmiş, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlləşməsində uğurlar qazanılmış, Boloniya sisteminə qoşulmuş, özəl ali təhsil sistemi bərqərar olmuş və s. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək yerinə düşərdi”.

 

Rektor universitetlərin fəaliyyətində sovet sisteminin ciddi problem olaraq qaldığını vurğulayıb:

 

“Apardığımız təhlillər göstərir ki, ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən vacib elementi olan universitetlərdə (idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində) hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır. Düşünürük ki, universitetləri sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür”.

 

Son olaraq o, -“Həmin mirasla bağlı təhlilimizin vacib saydığımız nəticələrini sabahdan başlayaraq mütəmadi olaraq sizlərlə bölüşəcəyik”- deyə bildirib.