Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-07 15:26:00
BANM-da İnformasiya təhlükəsizliyi mərkəzinin yaradılması nəzərdə tutulur

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SOCAR – ın İnformasiya texnologiyaları və Rabitə İdarəsinin rəhbərliyi ilə görüşüb. Görüşdə bu idarənin 2012 – ci ildən indiyədək Ali Məktəbə göstərdiyi xidmətlər və əməkdaşlıq imkanları geniş müzakirə edilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin 10 ildə keçdiyi inkişaf yolundan söhbət açaraq gələcək planlardan bəhs edib. Bildirib ki, gələcəkdə Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi mərkəzinin yaradılması nəzərdə tutulur. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə bu sahədə tədrislə istehsalat prosesinin birlikdə aparılması qərara alınıb.

 

AzEdu.az xəbər verir ki, informasiya texnologiyaları və rabitə idarəsinin rəisi İlham Aslanov rektor Elmar Qasımova mütəxəssis mübadiləsi və tələbələrin layihələrə qoşulmasını təklif edib. Bakı Ali Neft Məktəbinin rektoru isə bu barədə müvafiq tapşırıqlarını verib. Bildirib ki, birlikdə əməkdaşlıq nəticəsində yeni tətbiqlərin və mobil həllərin yaradılması faydalı olar.