https://www.zirve.edu.az/ #
2021-11-28 13:36:00
Dövlət Neft və Sənaye Universitetinin startapı Sloveniyada  

İnnovasiyalar Agentliyi və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə əməkdaşlığı ilə Azərbaycan startap ekosisteminin 13 nəfər nümayəndəsi Sloveniyanın paytaxtı Lyublyana şəhərində olub.

 

“Azərbaycanda rəqəmsal təhsil və innovasiya ekosisteminin infrastruktur inkişafına dəstək” adlı mübadilə proqramına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “HealWith” startapı da qatılıb.

 

AzEdu.az xəbər verir ki,  ADNSU-dan məlumat verilib.

 

Mübadilə proqramı çərçivəsində nümayəndə heyəti Sloveniyanın tanınmış texnoloji park və müəssisələrində istehsalat təcrübəsində iştirak edib. Belə ki, “Slovenia Enterprise Fund” və “Spirit” Agentliyinin yerli startap və KOB-a göstərdiyi maliyyə dəstəyi haqqında geniş məlumat verilib. Ölkənin nüfuzlu “Primorska” Texnoloji Parkı, “Sezana” və “LU” İnkubator Doo mərkəzlərində Azərbaycan startaplarının geniş təqdimat sessiyası keçirilib. “LU” İnkubator Mərkəzi beynəlxalq təcrübədən irəli gələn əsas çağırışları Azərbaycan nümayəndələri ilə bölüşərək onlara Avropa bazarlarına çıxış mexanizmləri haqqında məlumat verib.

 

Mübadilə proqramı Sloveniya innovasiya və startap ekosisteminin inkişafı, texnoloji parkların imkanları, rezidentlərin uğur hekayələri barədə ətraflı təəssüratın formalaşmasında və ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayıb.