https://www.zirve.edu.az/ #
2021-11-28 10:58:00
Təhsil İnstitutu “Fonetika, leksika, söz yaradıcılığı” mövzusunda vebinar təşkil edəcək  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 30-u saat 17:00-da “Fonetika, leksika, söz yaradıcılığı” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək.

 

Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq “Fonetika, leksika və söz yaradıcılığı” mövzusuna dair müxtəlif növ tapşırıqların təhlilini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırmaqdır. Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.