Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 15:55:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə davam edir: 20 nəfər uğur qazanıb  

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 66 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:40-dək olan məlumata görə, müsahibədə 20 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Daxili müsahibə noyabrın 29-dək davam edəcək.