Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-26 17:10:00
AzTU-dan yaşıl addım layihəsi hazırlanıb

Azərbaycan Texniki Universitetində (AzTU) bakalvriat və magistratura səviyyəsində elektron tədris sisteminin tətbiqi ilə bağlı layihə hazırlanıb. Layihənin məqsədi universitedə kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə, ekoloji balansın saxlanılmasına və eyni zamanda elektron universitetiin inkişafına nail olmaqdır.

 

AzEdu.az xəbər verir ki, ayihə çərçivəsində tələbələrdən yazılı formada tələb olunan sənədlərin (kurs işi, sərbəst iş vs. kimi) şəxsi kabinetlərində elektron təqdim olunmasına şərait yaradılacaq. AzTU tələbələri layihə ilə bağlı ətraflı məlumatı təhsil aldıqları fakültənin rəhbərliyi və əməkdaşlarından əldə edə bilərlər.