Azedu.az

Azərbaycan Texniki Universitetinin İctimai Şurasının növbəti iclası keçirilib

26 Noyabr 2021, 14:46
Azərbaycan Texniki Universitetinin İctimai Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının növbəti iclası keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, rektor Vilayət Vəliyev universitetin 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə məlumat verib. Bildirib ki, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.

 

İctimai Şuranın üzvləri inkişaf strategiyası ilə bağlı AzTU-nun hədəf və məqsədlərini yüksək qiymətləndirib, görüləcək işlərlə bağlı tövsiyələrini veriblər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox