Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-03 17:15:00
İngilis dilini rahat və ödənişsiz öyrənmək üçün ən faydalı youtube kanalları -MARAQLI

 

 

 

Hazırda dünyada ən çox yayılmış xarici dil ingilis dili olduğu üçün bir çoxları onu öyrənməyə çalışır. Bu dili öyrənmək üçün müxtəlif  youtube kanalları mövcuddur.

 

 

AzEdu.az  ingilis dilini öyrənməyə  yardımınıza olacaq  6 youtube kanalını sizə təqdim edir:

 

 

 BBC Learning English

 İngilis dili öyrənmək üçün çox uğurlu kanaldır. Bu kanalda həmçinin  BBC xəbərləri haqqında da məlumat əldə edə bilərsiniz .

 

https://youtu.be/GxeEA7rh3zw              

 

 

Learn English with EnglishClass101.com

Kanaldakı maraqlı videolarla  tez bir zamanda Amerika və Britaniya mədəniyyətinə hakim olacaqsınız  Beləliklədə , dilini öyrəndiyiniz ölkə haqqında daha çox məlumat əldə edəcəksiniz:

https://www.youtube.com/c/EnglishClass101

 

 

Reachel’s English

Tamamilə tələffüz dərsləri olan bu saytı, vurğu mövzusunda çətinlik çəkənlərə, bəzi fonetik hərfləri və sözləri söyləyə bilməyənlərə  tövsiyə edirik. Bu saytdakı dərsləri praktikada tətbiq etdikcə amerikan aksenti ilə danışacaqsınız .

https://www.youtube.com/c/rachelsenglish 

 

Pod Englidh

 İngiliscəsi zəif olanlar üçün tövsiyə edirik . Kanalda  dərslər kateqoriyalara bölünərək yerləşdirilmişdir

https://www.youtube.com/user/podEnglish  

 

 

Business English - Learn with Business English Pod

 Rəsmi ingiliscəsi ilə maraqlananlar bu kanala müraciət edə bilər.

 

https://www.youtube.com/c/Businessenglishpod 

 

 

 

Learn English with Rebecca · engVid

Videolarının əksəriyyəti qrammatikaya aid olan bu kanal olduqca maraqlı və sadə izahlı videolarla zəngindir. 

https://www.youtube.com/c/engvidRebecca 

 

Qeyd edək ki, Bu youtube kanallarındakı videoların bəziləri amerikalı müəllimlər tərəfindən könüllü olaraq , bəziləri isə  yalnız hobbi məqsədli hazırlanmışdır.

 

 

Gülcahan Məmmədova