Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-09 16:39:00
Vətən Müharibəsində Azərbaycana dəstək olan nüfuzlu dünya universitetləri-Mükəmməl siyahı

Ötən il böyük zəfərlə başa çatan,   Qarabağın  işğaldan azad edilməsi  uğrunda  gedən  döyüşlərlə  bağlı  bir çox beynəlxalq təşkilatlar Azərbaycana   dəstək olduğunu  bildirib.

 

Onlar  arasında  Azərbaycan universitetləri  ilə əməkdaşlıq edən dünyanın müxtəlif  ali təhsil müəssisələri də yer alır.

 

AzEdu.az  Vətən Müharibəsi, haqq savaşında Azərbaycana dəstək verən ali təhsil müəssisələrini  təqdim edir:

 

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlıq etdiyi bir çox ali təhsil müəssisələri  rektor  Ədalət Muradova  məktub  ünvanlayaraq  Azərbaycanın  ədalətli  mübarizəsində  yanında olduqlarını və sonunadək dəstəklədiklərini bildiriblər.

 

Bu ali təhsil müəssisələrinə misal olaraq,   Makedoniyanın  Beynəlxalq  Vizyon  Universiteti və Türkiyənin İnönü Universitetini göstərmək olar.

 Eyni zamanda  Türk  Dünyası  Araşdırmalar  Vəqfi (TDAV)  də  rektora  ünvanladığı  məktubda – “Qəhrəmanlıq  mübarizəsini  qardaş  Türkiyə  qürurla  izləyir”-  deyə  öz dəstəyini  ifadə edib.

 

Azərbaycan  Dövlət  Neft və  Sənaye  Universitetinin  cəbhə  bölgəsində  ordumuzun  həyata keçirdiyi  əks-hücum  əməliyyatları  və  erməni  təcavüzü ilə bağlı  məlumatlandırmaq  məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə  müsbət  məzmunlu  cavablar  gəlməyə  davam edir.

 

ADNSU-nun  əməkdaşı  olan  Türkiyənin  İnönü UniversitiYuri Kondratyuk adına Poltava Milli Politexnik  UniversitetiRusiyanın Ufa Dövlət Neft-Texniki UniversitetiPolşanın Milli Nüvə Tədqiqatları MərkəziPakistanın University of MalakandKanadanın Alberta Universiteti və digər ali məktəb və elm mərkəzləri Azərbaycan Respublikasının beynəlxalq  tanınmış  ərazi bütövlüyünün bərpasına  yönəlmiş  ədalətli mübarizəni  dəstəklədiklərini  bildiriblər.

 

Qeyd edək ki, oktyabrın 19-u və 20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb və elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Rektorlarının Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara Dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb.

 

Bakı  Dövlət  Universitetinin  rektoru  Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq  Qarabağ  münaqişəsi  ilə bağlı dünyanının 200-dən çox ali məktəbinə  məktub  ünvanlayıb. 

 

Məktubda  rektor dünya  universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən Müharibəsinə yönəldərək, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş  mövqelərini və yaşayış məntəqələrini, mülki əhalini ağır artilleriyadan atəşə tutması barədə məlumat verib.

 

Dünya  universitetlərinin  rəhbərlərindən  Azərbaycanın  haqq  savaşına  dəstək məqsədilə  cavab  məktubları  gəlməkdə davam edir. Almaniyanın Hol-Vittenberq Martin Luter Universitetinin rektoru Kristian Tietje və Vaterloo Universitetinin rektoru Hamdullah PuraTürkiyənin Ardahan Universitetinin rektoru Mehmet Biber və Vyana Diplomatik Akademiyasının direktoru Emil Brix məktub ünvanlayıb.  

 

Məktublarda tezliklə Azərbaycanda sülhün yenidən bərqərar olunacağına inam, Bakı Dövlət Universitetinə və Azərbaycan xalqına ən xoş arzular öz əksini tapıb.

 

Azərbaycan  Universitetinin xarici tərəfdaşları, diaspor təşkilatlarının nümayəndələri elmi işlər üzrə prorektor, professor Yusif Qasımova ünvanladıqları məktublarda Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasına yönəlmiş ədalətli mübarizəsini dəstəklədiklərini bildirirlər.

 

Onların  arasında  Tiblisi  Dövlət  UniversitetiBöyük Britaniya UniversitetiBeynəlxalq  Simmetriya Analizi və Riyaziyyat  Modeli  İnstitutuNorveçin Oslo Universiteti,  Ukraynanın  Xarkov  Milli  Radioelektronika  UniversitetiArgentina Milli Nodest UniversitetiTürkiyənin Ege UniversitetiDokuz Eylül Universiteti,  Eastern  Mediterranean Universiteti yer alır.

 

 

Azərbaycan Dillər Universiteti  də  cəbhədə döyüşlər başladığı  ilk  gündən etibarən  informasiya  cəbhəsində  fəal  mübarizə  aparır  və  əməkdaşlıq etdiyi ali təhsil müəssisələri, beynəlxalq  təşkilatları baş verənlərlə bağlı  məlumatlandırmağa davam edir.

 

Bugünədək ünvanlanan  600-dən  artıq  məktub  bir- birini  təkrarlamayan və bir çox  müxtəlif  dillərdə beynəlxalq təşkilatlar və ali təhsil müəssisələrinə göndərilib. Məktublara  cavablar gəlməkdə davam edir.

 

İngiltərənin Pearson Təhsil və Elm MərkəziMərakeşin İbn Zöhr UniversitetiTokio UniversitetiFransa Prezidentinin AdministrasiyasıVirciniya Commonwealt Universiteti, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil, «Frans24» xəbər kanalı, Venesiya Universitetiİzmir Ekonomi Universiteti, Frankofoniya Təşkilatı, Kanada Bioloqlar Assosiasiyası, Kabul Universiteti, Yaponiyanın Ecco cəmiyyəti, Nippon Akademiyası və s. məktublara reaksiya verərək cavab göndəriblər.