Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 17:03:00
Məktəblərdə vakant yerlərin gizlədilməsinin qarşısı bu yolla alına bilər?- TƏKLİFLƏR

 

 

“10 il ərzində vakant yerlərin gizlədilməsi ilə əlaqədar görülən tədbirlər səmərə verməyib”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

 

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir. Təhsil naziri Emin Əmrullayev da vakant yerlərin gizlədildiyinin həqiqət olduğunu vurğulayıb.

 

 

 

“10 ildir müəllimlərin işə qəbulu müsabiqəsi mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Artıq uzun müddətdir ki, vakant yerlərin gizlədilməsi məsələsi öz həllini tapmayıb. Buna səbəb atılan addımların düzgün hesablanmamasıdır.

 

 

İlk olaraq, müəllimlərin diaqnostik qiymətləndirmə nəticələrinə uyğun olaraq 6 saat dərsə məhkum edilməsi və yerdə qalan saatların çıxarılması kimi hallar kifayət qədər müşahidə edilir. Müəllim həftəlik dərs yükünün 18 saatı ilə təmin edilməlidir. Amma 10 il ərzində vakant yerlərin gizlədilməsi ilə əlaqədar olaraq görülən tədbirlərin səmərə verməməssi təhsil nəticələrinin idarə edilməsinə nəzarəti zəiflədib. Bu məsələyə nəzarət düzgün şəkildə həyata keçirilərsə,  hansısa məktəbdə vakansiyaların gizlədilməsi və neqativ halların baş qaldırılması müşayət edilməyəcək. Orta hesabla hər rayona təqribən 100-ə yaxın məktəb düşür. Bu təhsil müəssisələrinə nəzarət edəcək şəxslər rayon təhsil şöbələrinin məsləhətçiləridir. İstənilən rayona baxdıqda görərik ki, həmin məsləhətçilər məktəblərə direktor əvəzi olaraq çalışır. Dövlət qulluğu vasitəsi ilə təhsildə heç bir təcrübəsi olmayan, bu sahədə biliyə yiyələnməyən gənclərimiz rayon təhsil şöbəsində çalışırlar. Bu insanların təhsillə bağlı təsəvvürləri yoxdur. Belə olan halda  sayları az olan RTŞ məsləhətçiləri təhsil müəssisələrinin idarə edilməsinə  nəzarət edə bilmirlər. Bunun üçün Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə qərar qəbul edərək rayon təhsil şöbələrinə məsləhətçilər təyin etməlidir. Həmin şəxslər 5 il müəllim, direktor işləmiş şəxslər arasından seçilməlidir. Belə olan halda məktəblərdə baş verən mənfi tendensiyalara nəzarət qısa zamanda dəyişə bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları