2021/2022-ci tədris ili üçün əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələrinə əsasən qəbul olanların 141-i oğlan, 278-i qızdır. 234 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, 2021/2022-ci tədris ili üçün 419 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.