Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 10:00:00
“Firudin bəy Köçərli” mükafatının qalibləri - SİYAHI

AzEdu Təhsil Portalı, AzEdu Academy və Təhsil Jurnalistləri Birliyi 5 oktyabr  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  “Firudin bəy Köçərli”  mükafatını təsis edib.

 

 

 

AzEdu.az  xəbər verir ki, mükafat hər ilin 5 oktyabr tarixində  bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

 

 

 

AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri  diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

 

 Mükafat ekspert qrupunun gərgin müzakirələrinin nəticəsi olaraq 10 nominasiya  üzrə   aşağıdakı şəxslərə təqdim edilir:

 

 

 

1.”Müəllimlik ən ali məramdır” tezisinin cəmiyyətdə yüksək səviyyədə təmsilçisi kimi – millət vəkili Qənirə Paşayeva;

 

 

2.Təhsil və pedaqoji fəaliyyətin inkişafında zəruri qərarların müəllifi kimi - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva,

 

 

3.Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi – Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev;

 

 

4.Təhsil eksperti missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - professor Şahlar Əsgərov;

 

 

5.Təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - təhsil ekperti Nadir İsrafilov;

 

 

 6.Modern ali təhsil pilləsində nümunəvi müəllim və təhsil hamisi kimi - Bəxtiyar Aslanbəyli (bp şirkətinin vitse-prezidenti, BDU-nun müəllimi);

 

 

7.Fədakar təhsil işçisi adını cəbhə bölgəsində yüksək səviyyədə doğrultduğuna görə - Vətən Müharibəsi şəhidi, leytenant Xalid Nəciyev (ölümündən sonra );

 

 

8.Təhsil və maarifçilik ənənəsinin qorunmasındakı xidmətlərinə görə - İTV -nin Baş direktoru Balakişi Qasımov,

 

 

9.Təhsilin təbliği və kütləviləşməsinə, müəllimlik nüfuzunun artırılmasındakı xidmətlərinə görə - Cəsarət Valehov (Təhsil Nazirliyinin sektor müdiri)

 

 

10.Orta təhsil pilləsində mükəmməl idarəçilik və nümunəvi məktəb brendinin yaradıcısı kimi – Kadir Bektaşoğlu (Türkiyə Dəyanət Vəqfi-Bakı Türk liseyinin direktoru)

 

 

11.Uğurlu müəllim adının və həmkarlara dəstək olacaq platformanın təbliğindəki fəaliyyətinə görə - Qoşqar Məhərrəmov (T-Networkun baş mütəxəssisi, biologiya müəllimi)