https://www.zirve.edu.az/ #
2021-09-25 11:19:00
 İşğaldan azad olunmuş Qarabağın mədəni-tarixi abidələr-Elmi seminar

Sentyabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İşğaldan azad olunmuş Qarabağın mədəni-tarixi abidələri” mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayeva və Humanitar fənlər kafedrasının professoru Abbas Seyidovun təqdimatında keçirilən seminarda “Ermənistan işğalının Qarabağın alban abidələrinə vurduğu zərər: mədəni soyqırımı, tarixin falsifikasiyası” və “Qarabağın arxeoloji mədəniyyət abidələri” mövzularında məruzələr dinlənilib.

 

Seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Multikulturalizm Mərkəzi, Ümumi fənlərin tədrisinin təşkili departamenti və Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə reallaşıb.

 

Tədbir UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanıb.