Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 14:25:00
Kolleclərə qəbul üçün ikinci şans imtahanı keçiriləcək?-DİM cavabladı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22218 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 981 nəfər (o cümlədən 824 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11691 nəfər qəbul olub.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

Bəs 9 və 11 illik təhsil bazasından kolleclərə ikinci şans imtahanı keçirilə bilər?

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, xeyr bu imtahanlar bir dəfə təşkil olunub və ikinci dəfə keçirilməsi nəzərdə tutulmur. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları